Xaçmazda saxlanmış jurnalist Cəmil Məmmədli azad edilib

Yanvarın 18-də Xaçmaz rayonunda (Bakıdan 168 kilometr şimal) çalışan jurnalist-frilanser Cəmil Məmmədli Xaçmaz rayon Polis Şöbəsi tərəfindən saxlanılıb, başqa yerə getməmək barədə iltizam alındıqdan sonra polis nəzarətinə verilib. Onunla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, jurnalist Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) qaldırlmış cinayət işi üzrə saxlanılıb.

Məmmədlinin dövlət tərəfindən təyin edilmiş vəkili Şahin Mütəllimov Amerikanın Səsinə jurnalistin saxlanıldığını təsdiq edib.

“Məmmədli polis şöbəsində istintaqa ifadə verib. O Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məmmədli polisin nəzarətinə verilib”, vəkil qeyd edib.

Cəmil Məmmədli Amerikanın Səsinə müsahibəsində deyib ki, istintaqda onu sual-cavab ediblər və təqsirləndirlən şəxs qismində cəlb olunmaqla istintaq davam etdiriləcək.

Əvvəlki məqalə

Prezident İlham Əliyev BMT-nin Proqram direktoru ilə görüşüb

Sonrakı məqalə

İlham Əliyev Zelenskiyə başsağlığı verib