Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İlham Əliyev 33 il əvvəl Moskvada Novruz Bayramı tədbirində

User 24 Dekabr 2025 - 12:27 (Last updated: 24 Dekabr 2025 - 12:27)
ilham-novruz-moskva

Novruz Bayramı qürbətdə yaşayan azərbaycanlıları birləşdirən bir bayram kimi də həmişə fərqlənib.

1980-ci illərin sonu-1990-cı illərdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Novruz bayramı günü toplaşaraq bunu həmrəylik mesajı kimi nümayiş etdiriblər.

Azpost.info oxucularına maraqlı bir fotonu təqdim edir.

1992-ci ildə Rusiya azərbaycanlılarının ilk təşkilatı olan Azərbaycan Vətəndaş Assambleyası Moskvada Novruz bayramını qeyd edib. Həmin bayram tədbirinin iştirakçısı olmuş, hazırda ABŞ-da yaşayan Eldar Qocayev foto barədə qeydində bildirib ki, Novruz Bayramı tədbiri  Moskvada M.Qorki (indiki Tverskaya) küçəsimdə yerləşən “Bakı” restoranında keçirilib. “Bu foto həmin diyi Novruz Bayramından bir fraqmentdir.  Şəkildə həmin dövr Moskvadakı azərbaycanlı ziyalıların bir sıra aparıcı üzvləri yer alıb”.

Bayram mərasimində o zaman Moskvada yaşayan Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. 

İlham Əliyevin sağ tərəfində duran eynəkli şəxs məşhur Azərbaycan şairi Osman Sarıvəllinin oğlu, Rusiya EA-nın Fəlsəfə İnstitutunun professoru Rafiq Qurbanovdur.

R.Qurbanov Moskvada Azərbaycan diasporunun rəhbərlərindən biri olub.  R.Qurbanov M.Lomonosov adına Moskva Dövlət Universitetində, Moskva Fizika və Texnika institutlarında dərs deyib. Moskva Dövlət Pedaqoji Universitetində doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvü olub. 200-dən artıq elmi işin, habelə “Fizikada fəlsəfi əlaqələr kateqoriyası” monoqrafiyasının müəllifidir.

Rusiyada yaşayan iş adamı Bəhlul Məmmədov AzPost-a foto ilə bağlı maraqlı məlumatı verib.

Onun sözlərinə görə, tədbirin bütün maliyyə və təşkilatçlığını təşkil edib: “Bu mərasim 1992 ci ildə Moskvada indiki Tverskoya kücəsində yerləşən ən populyar Bakı restoranında baş tutub. Bütün maliyə və təşkilatcılığını mən təşkil etmişəm. O dövrdə mən Moskvada “Almaz” şərab zavodunun sahibi idim. Tədbirə 500 yüzdən cox insan dəvət etmişdik. Məni tanıyanlar bilir ki biz o zaman İlham Əliyevlə cox yaxın dostluq edirdik. Mən onu dəvət etmişdim, o da cox fəal iştirak edirdi . İlham Əliyev özünün dəvəti ilə Qusman qardaşları və bir necə ziyalı qəlmişdi.

Bakıdan rəhmətlik telejurnalist Cavanşir Cahangirovun rəhbərlik etdiyi AZTV-nin çəkiliş qrupunu gətizdirmişdum . Cəkliş qrupu və musiqi heyəti Azərbaycan səfirliyindəki oteldə yerləşdirdim . O vaxtlar Qocayev diasporanın sədri idi. O cox fəal iştirak etdi. ki bizim ziyyalıların sihysı və başqa kömək edirdi “.

Qeyd edək ki, İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. Mərhum prezident Heydər Əliyevə qarşı SSRİ rəhbərliyi tərəfindən aparılan kampaniya ilə bağlı İlham Əliyev dərs dediyi ali məktəbi tərk etməyə məcbur olub. O, 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışIb. Həmin dövrdə bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

 

AzPost.az

Post navigation

Previous: Ankarada qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapılıb
Next: Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.