Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev Avropa İttifaqının komissarı Marta Kosu qəbul edib

User 18 Sentyabr 2025 - 12:59 (Last updated: 18 Sentyabr 2025 - 12:59)
ilham avropa it

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.

Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Qonaq dedi ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək.

Komissar Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğuladı.

Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd etdi. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğuladı.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunan dövlətimizin başçısı Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunduğu dedi və ixrac coğrafiyasının genişləndiyini qeyd etdi.

Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu bildirildi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzPost.az

Post navigation

Previous: Putin Medvedevin tələbə yoldaşını Baş Prokuror təyin edir
Next: Qadın kişi geyimində evi qarət etdi, 45 min oğurladı

Oxşar xəbərlər

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43

xƏBƏR

tramp cixis
  • Dünya

“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP

User 02 Noyabr 2026 - 09:53
ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqtonun yeni addımlar ata biləcəyini bildirib. Tramp bu...
Read more about “Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.