Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İlham Əliyevə minnətdaram, Vaşinqton razılaşmaları nəticə verir” –

User 23 Oktyabr 2025 - 12:58 (Last updated: 23 Oktyabr 2025 - 12:58)
pasinyan qurultay

Ermənistan yavaş-yavaş təcrid vəziyyətindən çıxır.

Bu sözləri Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, Azərbaycanın Ermənistana qoyduğu məhdudiyyətləri aradan qaldırmasının artıq iki gündür ölkədə müzakirə olunduğuna diqqət çəkib.

Paşinyan Tbilisidə “İpək yolu” beynəlxalq konfransında Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarına görə minnətdarlığını ifadə etdiyini və onu yüksək qiymətləndirdiyini xatırladıb.

Baş nazir bu addımın çox önəmli olduğunu qeyd edib.

Paşinyan Vaşinqtonda verilən bəyanatların və əldə olunan razılaşmaların sadəcə söz olmadığını, konkret nəticələr verdiyini vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, – dövlət başçısı vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan isə Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib:

“İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm”.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Suriyadan daha 6 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Oxşar xəbərlər

Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18
husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24

xƏBƏR

Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18
Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç ölkədə keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin qalib gəldiyini etiraf edib. Vuçiç bu...
Read more about Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.