Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İlin əvvəlindən Dubaya 7 milyon turist səfər edib

User 01 Sentyabr 2022 - 19:09 (Last updated: 21 May 2025 - 20:15)
dubay

Dubay İqtisadiyyat və Turizm Departamentinin (DET) son məlumatlarına görə, 2022-ci ilin yanvar-iyun aylarında Dubayı 7,12 milyon əcnəbi ziyarət edib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 183 faizdən çox artdım deməkdir.

Bu barədə “Dubai Tourism”in Rusiya və MDB ölkələri üzrə mətbuat xidmətindən məlumat verilib.

BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Dubayı gələcəyin şəhəri etmək və yaşamaq, işləmək, eyni zamanda sərmayə qoymaq üçün dünyanın ən yaxşı yerinə çevirmək ambisiyaları əmirliyin turizm sektorunun əhəmiyyətli dərəcədə inkişafına səbəb olub.

“Etdiyimiz bu proseslər həmçinin Dubayın möhkəm və sabit iqtisadi ekosistemini formalaşdırıb ki, bu da əmirliyi sosial və iqtisadi həyatın müxtəlif sektorlarında dünyanın aparıcı mərkəzlərindən birinə çevirib. Turistlərin sayının əhəmiyyətli dərəcədə artması əmirliyin iqtisadiyyatının dayanıqlığını və dinamizmini əks etdirir”, – deyə Dubayın əmiri bildirib.

Dubayda mehmanxana sektoru da turist sayına görə 2022-ci ilin birinci yarısında yüksək nəticələrə nail olub. Bu arada, əmirlikdə 2022-ci ilin birinci yarısında otellərin ümumi sayı 2021-ci ilin birinci yarısı ilə müqayisədə 8 faiz artıb, bu da investorların Dubayın turizm sektoruna inamının davam etdiyini göstərir.

Qeyd edək ki, ən son statistik rəqəmlər Dubayın ziyarət edilməli bir yer kimi davamlı cazibəsini göstərir və əmirliyin “Tripadvisor Travellers’ Choice Awards 2022”də səyahət məkanı üzrə dünyəvi lider kimi reytinqini bir daha təsdiqləyir. Dubay təkcə beynəlxalq səyahətlər üçün deyil, həm də biznes üçün ən populyar istiqamətlərdən biri olaraq öz nüfuzunu qoruyub saxlayır.

Post navigation

Previous: Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb, 1 helikopter cəlb olunub
Next: “Məqsədimiz Ukraynadakı anti-Rusiya anklavını aradan qaldırmaqdır” –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.