“Məqsədimiz Ukraynadakı anti-Rusiya anklavını aradan qaldırmaqdır” –PUTİN

Ukrayna ərazisində Rusiyanın özünü təhdid edən anti-Rusiya anklavı yaradılır.

Bunu Rusiya prezidenti Vladimir Putin Kalininqradda Bilik gününə həsr olunan “Vacib məsələlər barədə söhbət” adlı açıq dərsdə bildirib.

Putin qeyd edib ki, anti-Rusiya anklavını aradan qaldırmaq xüsusi hərbi əməliyyatın məqsədidir.

“Hesab edirlər ki, Ukraynada hansısa aqressiya baş verir. Lakin Ukrayna hakimiyyəti öz həmvətənlərinə qarşı müharibəyə başlayıb. Bizim vəzifəmiz buna son qoymaqdır”, – deyə Putin bildirib.

Rusiya prezidenti vurğulayıb ki, Donbasda yaşayan insanlar özlərini rus dünyasının ümumi humanitar, mədəni, dil məkanının bir hissəsi hesab edirlər.(APA)

Əvvəlki məqalə

İlin əvvəlindən Dubaya 7 milyon turist səfər edib

Sonrakı məqalə

Bir günə tikilən karton ev –