“İlin sonuna qədər Avropa İttifaqına üzvlük üçün müraciət edəcəyik”- Kosovo lideri

“Kosovo hakimiyyəti bu ilin sonuna qədər Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Kosovo lideri Vyosa Osmani bildirib.

Osmaninin sözlərinə görə, Aİ-nin sözdən əmələ keçməsinin vaxtı çatıb.

Kosovo lideri əlavə edib ki, Serbiya prezidenti Aleksandar Vuçiç köhnə düşüncəni rəhbər tutmağa davam edir: “Serbiyadan olan həmkarımı hansı tərəfi (Ukrayna, yoxsa Rusiya) tutacağına qərar verməyə çağırıram”.

Serbiyanın Kosovo və Metohiya muxtar vilayəti 2008-ci ilin qışında birtərəfli müstəqillik elan edib. Region son illər fəal şəkildə beynəlxalq təşkilatlara,  xüsusilə, İnterpol və YUNESKO-ya üzv olmağa çalışır.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə prezidentləri birgə təlimdə iştirak edən şəxsi heyəti təbrik edib –

Sonrakı məqalə

Zakir Həsənov və Hulusi Akar birgə hərbi təlimi izləyib –