İlon Mask yenidən planetin ən zəngin adamı oldu- Sərvəti AÇIQLANDI

Amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask planetin ən zəngin adamları siyahısına yenidən başçılıq edir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Reytinqə görə Maskın sərvəti 192 milyard dollardır.

Mask bu göstərici ilə sərvəti 187 milyard dollara düşən LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnonu geridə qoyub.

Reytinqdə üçüncü yeri 144 milyard dollarla “Amazon”un qurucusu Ceff Bezos tutub.

Agentliyin məlumatına görə, Maskın aktivləri yüksələn “Tesla” səhm qiymətləri sayəsində 2023-cü ildə 50 milyard dollardan çox artıb.

Azpost.info

Əvvəlki məqalə

Ölkədəki avtomobillərin 60 faizinin yaşı 20 ildən artıqdır –

Sonrakı məqalə

“Xərclərə əlavə edilən 1 milyard yeni müasir silah alınmasına imkan verəcək”