“Xərclərə əlavə edilən 1 milyard yeni müasir silah alınmasına imkan verəcək”- Zakir Həsənov

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat ayrılıb.

Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

“O cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir”, – nazir əlavə edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.