Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm
  • ÖZƏL

İlon Maskın süni intellekti Grok-dan yüz minlərlə şəxsi məlumat sızdı

Orkhan Ali 21 Avqust 2025 - 09:44 (Last updated: 21 Avqust 2025 - 09:44)
süni intellekt

süni intellekt

Forbes nəşri yazır ki, İlon Maskın hazırladığı Grok adlı süni intellektlə aparılan üç yüz yetmiş mindən çox istifadəçi söhbəti internetdə açıq şəkildə yayılıb.

AzPost bildirir ki, bu məlumatlar xüsusi platformada yerləşdirildikdən sonra axtarış sistemlərinin indeksinə düşərək ictimaiyyətə açıq olub.

Yayılmış materiallar arasında təkcə mətn yazışmaları deyil, həm də istifadəçilərin yüklədiyi şəkillər, cədvəllər və müxtəlif sənədlər də yer alıb. İnsidentin səbəbi kimi Grok-un “Share” funksiyası göstərilir. Bu funksiya istifadəçilərə söhbəti paylaşmaq üçün unikal link təqdim edir, lakin həmin linklər axtarış sistemlərində görünməyə başlayıb. Sistem isə istifadəçiləri bu barədə xəbərdar etməyib.

Forbes yazır ki, sızan dialoqlarda şəxsi məlumatlar, sağlamlıqla bağlı həssas detallar, psixoloji vəziyyət haqqında qeydlər, hətta bəzi hallarda giriş kodları da aşkar edilib. Bundan əlavə, qanunsuz kontent yaratmaqla bağlı sorğular – qadağan olunmuş maddələrin sintezi, dağıdıcı proqram təminatı və partlayıcı maddələrin hazırlanması barədə təlimatlar da üzə çıxıb.

Mütəxəssislər qeyd edir ki, bu cür hallar süni intellekt texnologiyalarında təhlükəsizlik və məxfilik məsələlərinin nə qədər aktual olduğunu bir daha göstərir. Maraqlıdır ki, yay aylarında digər İA platformalarında, o cümlədən ChatGPT-də də oxşar presedentlər qeydə alınmışdı. Lakin həmin vaxt istifadəçilərin razılığı olmadan söhbətlərin dərc olunması baş verməmişdi.

AzPost.az

Post navigation

Previous: Şəmkirdə dönərdən 20 nəfər zəhərlənib
Next: İsrail ordusu Qəzza şəhərinə hücuma keçib

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.