“İlqar Məmmədov 234 min manatın hamısını qızının təhsil haqqı üçün ödəyib” –REAL-ın icra katibi

Azərbaycan hökuməti REAL Partiyasının sədri İlqar Məmmədova mənəvi ziyana görə təzminat ödəyib.

Ali Məhkəmə Plenumunun qərarına əsasən, mənəvi təzminata görə ona 234 min manat ödənilib. İlqar Məmmədov 234 min manat vəsaiti nağdsız qaydada alıb.

Bu barədə danışan Real Partiyasının İcra Katibi Natiq Cəfərli bildirib ki, kompensasiyanın verilməsi yeni məlumat deyil: “Hadisə may ayında baş verib, İlqar bəyin bu haqda yazısı var. O, vəsaiti qızının təhsilinə xərcləyib. Qızı Avropanın sayılıb-seçilən universitetlərindən birinə daxil olub. Vəsait tamamilə onun üç illik xərclərini qarşılamaq məqsədilə istifadə olunub”. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“2 milyon abonentin cəmi 7 faizi güzəşt limitini keçib” –

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə gürcü Patriarxı II İliyaya zəng vurub