“İndi Tbilisidə həbs ediləcəyəm…” –

Saakaşvilinin səs yazısı olan müraciəti yayıldı
01 Oktyabr 2021 - 20:56

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb.

Sabiq prezident müraciətində Tbilisidə olduğunu və həbs edilə biləcəyini, lakin mübarizəsini davam etdirəcəyini qeyd edib.

“Böyük ehtimal ki, mən indi Tbilisidə həbs ediləcəyəm, amma sizə demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm. Mənim başqa seçimim yox idi. Heç nədən qorxmuram, siz də qorxmayın”, M.Saakaşvili deyib.