Azərbaycanlı milyarder Telman İsmayılov saxlanılıb

Azərbaycanlı milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Podqoritsa şəhərində saxlanılıb.

Bu barədə “Vijesti” nəşri məlumat yayıb..

Bildirilib ki, Rusiyanın ən varlı iş adamlarından olan T.İsmayılov barədə 2009-cu ildə hüquq-mühafizə orqanlarına rəhbəri olduğu paytaxtın ən böyük topdansatış ticarət mərkəzi Çerkizovski bazarının fəaliyyəti ilə bağlı genişmiqyaslı şikayətlər daxil olub.

Səhiyyə orqanları orada çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlanıb.

Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.

İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mixeil Saakaşvili Gürcüstanda saxlanılıb” –

Sonrakı məqalə

“İndi Tbilisidə həbs ediləcəyəm…” –