“İndi ukraynalıların təslim olması barədə danışmağın vaxtı deyil”.
NATO-nun baş katibi Yens Stoltenberq Papa Fransiskin Ukraynanın “ağ bayraq” qaldırmaq və danışıqlar aparmaq üçün cəsarətli olması barədə bəyanatına belə cavab verib.
“İndi ukraynalıların təslim olması barədə danışmağın vaxtı deyil. Bu, ukraynalılar üçün faciə olacaq. Bu, həm də hamımız üçün təhlükəli olacaq”, – Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, davamlı sülhə nail olmağın yeganə yolu Ukraynanı dəstəkləməkdir: “Danışıqlar masasında baş verənlər döyüş meydanındakı güclə ayrılmaz şəkildə bağlıdır. Əgər biz danışıqlar yolu ilə sülh yolu ilə, uzunmüddətli həllə nail olmaq istəyiriksə, ona gedən yol Ukraynaya hərbi dəstək verməkdən keçir”, – Stoltenberq bildirib.
Azpost.info