Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“İndiyədək bizə Avropa İttifaqının nə istədiyi aydın deyil” –

User 14 İyun 2025 - 13:24 (Last updated: 14 İyun 2025 - 13:24)
hikmet hacıyev

“Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır?”

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) panelində bildirib.

O həmçinin, “Bakı – Tbilisi – Qars” dəmiryolu xəttinin inşası zamanı Avropa və ABŞ-dakı fondların sözügedən layihəni maliyyələşdirməkdən imtina etməsinə də toxunub.

Prezident köməkçisi deyib ki, sözügedən layihənin icrasına başlandığı zaman Avropa və ABŞ-da fəaliyyət göstərən maliyyə fondları onun maliyyələşdirilməsindən imtina edib:

“Bizim köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var. Çünki biz investisiya, eləcə də regional əməkdaşlıq imkanlarına malik bir ölkəyik. Azərbaycanın eyni zamanda regionda yerləşən qardaş ölkələrlə regional tərəfdaşlığı mövcuddur. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə “Bakı – Tbilisi – Qars” dəmiryolu xəttini inşa etmişik. Bu layihənin icrasına başlanıldığı vaxtda Avropa və ABŞ-dakı fondlar onun maliyyələşdirilməsini dayandırdılar. Biz də dedik ki, yaxşı, layihəni elə isə öz fondlarımız hesabına həyata keçirərik. Biz öz nəqliyyat infrastrukturu sistemimizi Mərkəzi Asiyadakı qardaş ölkələrlə əlaqələndirdik. Xəritəyə baxdığınızda görərsiniz ki, üç qonşu dövlət olan Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır? Əgər siz tərəfdaşsınızsa, bizə qoşula bilərsiniz. Lakin indiyədək bizə Avropa İttifaqının nə istədiyi aydın deyil”.

AzPost.az

Post navigation

Previous: 34 il sonra Şuşada “Son zəng” çalınıb
Next: İsrail İranın Şərqi Azərbaycan vilayətinə raket zərbələri endirib

Oxşar xəbərlər

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.