İndoneziya noyabrda keçiriləcək G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında görüş təşkil etməyə hazırdır.
Azpost.info xəbər verir ki, bunu ölkənin Moskvadakı səfiri Xose Tavares deyib.
“İndoneziyada iki prezident arasında danışıqlar çox yaxşı olardı. Əgər onlar bu platformadan istifadə etsələr, İndoneziya yardım etməyə hazırdır. Ümid edirik ki, istəyəcəklər. Niyə də olmasın?! Bu, əla fürsətdir”, – Tavares bildirib.
Azpost.info