Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında ilk turun qarşılaşmalarından sonra həftənin oyunçusu adına namizədləri açıqlayıb.

Fəxri ada Kilian Mbappe (PSJ, Fransa), Robert Levandovski (“Barselona”, İspaniya), Pyotr Zelinski (“Napoli”, İtaliya) və Leroy Sane (“Bavariya”, Almaniya) iddia edirlər.

PSJ evdə “Yuventus”a 2:1, “Bavariya” səfərdə “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. “Napoli” “Liverpul”u 4:1, “Barselona” isə “Viktoriya”nı 5:1 hesabı ilə məğlub edib.

Həftənin oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.