İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı –RƏSMİ

Koronavirus pandemiyasına görə  dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.

Azpost.info qol.az-a istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Premyer Liqanın iyunun 17-də yenidən davam etdiriləcəyi bildirilib.

Turnirin təxirə salınmış iki oyun – “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” matçları ilə bərpa olunacağı qeyd olunub. Bu oyunlar İngiltərə Liqa kubokuna görə 29-cu turdan təxirə salınmışdı.

30-cu turun oyunları isə iyunun 19-dan başlayaraq keçiriləcək. Qarşılaşmalar azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən dayandırılıb. Premyer Liqada turnir cədvəlinə ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacıqabulda “Yura” ləqəbli narkotik alverçisi tutuldu

Sonrakı məqalə

Qeyri-adi burunlu it internet ulduzuna çevrildi –