ABŞ-ın Virciniya ştatında Riçmond şəhərinin sakini itinin dünyanın ən uzun burnuna sahib olduğuna əmindir.
“Daily Mail” xəbər verir ki, ev heyvanının qeyri-adi üz quruluşu onu internet ulduzu edib.
27 yaşlı Lili Kambourian 23 iyul 2018-ci ildə qeyri-adi uzun burunlu itə sahiblənib.
Sahibinin dediyinə görə, iki ildə Erisin (itin adı) burnu 31 santimetrə qədər böyüyüb. Ev sahibi “İnstaqgram” səhifəsi yaradaraq qeyri-adi ev heyvanının fotolarını paylaşmağa başlayıb.
Unikal görünüşü sayəsində Eris tez bir zamanda məşhurlaşıb.
“Eris ilə gəzəndə yoldan keçənlər daim bizi dayandırır və onun cinsini tapmağa çalışırlar”, – deyən sahibi pandemiya bitəndən sonra itinin dünya rekordu üçün müraciət etməyi düşünür.