Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İngiltərədə yeni dinozavr növü tapıldı –

User 22 Avqust 2025 - 10:33 (Last updated: 22 Avqust 2025 - 10:33)
dinozavr

İngiltərənin Vayt adasında alimlər kürəyi və quyruğu boyunca diqqətçəkən yelkənvarı çıxıntısı olan yeni dinozavr növü aşkar ediblər.

“Guardian” xəbər verir ki, tədqiqatçılar bunu cütləşmə dövründə dişiləri cəlb etmək üçün istifadə olunduğunu hesab edir. Yeni tapıntı iguanodontiya tipinə aid dinozavrın qalıqları əsasında müəyyənləşdirilib. Fosillər təqaüddə olan həkim və hazırda Portsmut Universiteti ilə Təbiət Tarixi Muzeyində doktorantura təhsili alan Ceremi Lokvud tərəfindən araşdırılıb. Lokvud bu yeni növə “Istiorachis macaruthurae” adını verib.

Adın birinci hissəsi “yelkən onurğası” mənasını daşıyır, ikinci hissəsi isə 2005-ci ildə dünya üzrə təkbaşına, fasiləsiz ən sürətli yelkənli səyahət rekordunu qırmış dənizçi Ellen Makarturun şərəfinə seçilib.

Əvvəllər bu qalıqlar adada məlum olan iki dinozavr növündən birinə aid hesab edilirdi. Lakin Lokvudun 125 milyon il əvvələ aid nümunələri digər dinozavr onurğa sümükləri ilə müqayisə etməsi nəticəsində onların fərqli və unikal olduğu üzə çıxıb.

AzPost.az

Post navigation

Previous: Kəlbəcər Tikinti və İdarəetmə xidmətinə mətbuat katibi təyin olunub
Next: “Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasına yeni sədr təyin olundu

Oxşar xəbərlər

ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
lotereya
  • Maraqlı

Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq?

User 06 Noyabr 2026 - 13:23

xƏBƏR

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi ləğv edilib. Bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, Naxçıvan...
Read more about Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub
İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır tramp aq ev
  • Dünya

ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır

User 06 Noyabr 2026 - 16:42
ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib adsea04
  • Sosial

ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib

User 06 Noyabr 2026 - 16:34
ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır abs gemi
  • Dünya

ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır

User 06 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.