İnsan niyə eyni mahnını dəfələrlə dinləmək istəyir?– Beynin maraqlı sirri

Demək olar ki, hər kəsin elə bir mahnısı olub ki, onu gün ərzində dəfələrlə dinləyib. Maraqlıdır ki, beyin eyni melodidən bezmək əvəzinə bəzən onu təkrar-təkrar eşitmək istəyir.

Azpost.info xəbər verir ki, neyropsixoloqlar bunun beynin mükafat sistemi ilə əlaqəli olduğunu bildirirlər.

Beyin tanış səsləri daha rahat emal edir. Sevilən mahnı səsləndikdə müsbət emosiyalarla əlaqəli sinir şəbəkələri aktivləşir və insan özünü daha rahat hiss edir. Araşdırmalar göstərir ki, müəyyən mahnılar keçmiş hadisələri, insanları və ya xüsusi məqamları xatırlada bilir. Buna görə də həmin musiqilər emosional dəyər qazanır və uzun müddət sevilir.

Alimlər hesab edirlər ki, tanış melodilər müəyyən gözləntilər yaradır. Beyin növbəti notu əvvəlcədən təxmin etdikdə məmnunluq hissi yaranır. Məhz bu səbəbdən insanlar eyni mahnını onlarla dəfə dinləyə bilirlər.

Musiqinin sağlamlığa təsiri

Mütəxəssislərin fikrincə, sevilən musiqi stress səviyyəsini azalda bilər, əhval-ruhiyyəni yaxşılaşdırır, diqqəti artırır. Həmçinin idman zamanı motivasiyanı yüksəldir, bəzi hallarda yuxuya getməyi asanlaşdırır.

Alimlər bildirirlər ki, musiqi zövqü fərqli olsa da, insan beyninin melodiyaya reaksiyası oxşar prinsiplərlə işləyir. Buna görə də bəzən bir mahnı həftələrlə insanın zehnindən çıxmır və yenidən dinləmək istəyi yaradır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.