Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İnsan orqanizmi üçün “zireh” rolunu oynayan

Orkhan Ali 05 Mart 2024 - 18:34 (Last updated: 21 May 2025 - 20:15)
1625056792_66_large-v1625048924

Balanslaşdırılmış və sağlam qidalanma hüceyrələrin zədələnməsinin qarşısını alır, eyni zamanda qocalmanı ləngidir.

Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, orqanizmimiz üçün “zireh” rolunu oynayan, hüceyrə qocalmasını əhəmiyyətli dərəcədə yavaşladan məhsullar var. Bunlar əsasən aşağıdakılardır:

Su

Enerji əldə etmək və orqanizmi təmizləmək üçün bədənimizin bütün hüceyrələrinin ən çox ehtiyac duyduğu maye sudur. Su daxili orqanların sağlam işləməsini təmin edir, dərini daha parlaq edir və qırışların qarşısını alır.

Avokado

Çoxlu vitamin və minerallarla zəngin olan bu məhsul ilk növbədə hüceyrələrin təmizlənməsinə cavabdehdir. Avokado həm də dəri üçün nəm mənbəyi rolunu oynayır, ona parıltı verir və qırışları gecikdirir.

Yaşıl çay

Ən güclü antioksidant olan yaşıl çay dəri xəstəlikləri üçün faydalıdır və eyni zamanda dəridə günəş və yaşlılıq ləkələrinin yaranmasının qarşısını alır.

Alma

Gündə bir ədəd yaşıl alma qabığı ilə birlikdə yeyiləndə kollagenin aktiv istehsalını stimullaşdırır və dərinin sallanmasının qarşısını alır, qırışların əmələ gəlməsini ləngidir və saçları qırılmadan qoruyur.

Üzüm

Üzüm tumlarında olan təbii birləşmə resveratrol güclü antioksidantdır. Bir çox xərçəng növlərindən qoruyur, immuniteti gücləndirir.

Soğan və sarımsaq

Onlar B vitaminləri, selen, kükürd kimi faydalı mikroelementlərlə zəngindir. Dərini günəşin zərərli təsirlərindən qoruyur. Tərkibindəki kükürd sayəsində hüceyrə bərpasını təşviq edir.

Pomidor

Pomidor dəri xəstəlikləri üçün çox təsirlidir, sızanaqları asanlıqla aradan qaldırır, ekzemaya kömək edir, saç və baş dərisinin vəziyyətini yaxşılaşdırır.

Tünd yaşıl tərəvəzlər

Onların tərkibində olan yüksək miqdarda fol turşusu dərinin elastikliyini qoruyur və selülitin yaranmasının qarşısını alır.

Giləmeyvə və meyvələr (əsasən albalı, çiyələk, zoğal, qaragilə, moruq, böyürtkən)

Antioksidanlarla zəngindirlər, buna görə də yaşlanma əleyhinə xüsusiyyətlərə malikdirlər. Bundan başqa, onların tərkibində çoxlu C vitamini var ki, bu da zədələnmiş hüceyrələri bərpa etməyə və dəri xərçənginin inkişafının qarşısını almağa kömək edir.

Tünd şokolad

Tünd şokolad antioksidant mənbəyidir.

Balıq

Omeqa-3 ilə zəngin olan bu məhsul həm ürək, həm də dəri üçün faydalıdır. Xüsusilə hüceyrə ölümünü yavaşladır.

Qatıq

Qatıq zərdabında olan vitamin B2 dəriyə cavanlaşdırıcı və bərpaedici təsir göstərir.

Ümumiyyətlə, mütəxəssislər qida rasionunda daha çox təbii məhsullardan istifadə etməyi, mümkünsə fast food və qazlı içkilərdən tamamilə imtina etməyi tövsiyə edir. Bu yaxınlarda alimlər müəyyən ediblər ki, qəlyanaltılar, qazlı su, hazır bişmiş məmulatlar və bu kimi qidalar xərçəng də daxil olmaqla 30-dan çox xəstəliyin riskini artırır.

Azpost.info

Post navigation

Previous: Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb
Next: Lənkəranda 69 yaşlı kişi arvadına və özünə balta ilə xəsarət yetirib

Oxşar xəbərlər

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00

xƏBƏR

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb. “novinite.com”un xəbərinə görə, “Xoriv” (Khoryv) adlı gəmi...
Read more about Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.