Bill Qeyts insanları inqilab etməyə çağırdı –"Fəlakətdən belə qurtulmaq olar"

Dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts planetin xilasında həlledici rol oynaya biləcək yaşıl texnlogiyaların yaradılması məqsədilə yüz milyonlarla dollar həcmində vəsait cəlb edib.

Onun təsis etdiyi “Breakthrough Energy” qeyri-kommersiya təşkilatı 2016-cı ildən bu yana ABŞ-ın yeddi böyük şirkətindən sərmayə alıb.

Qeytsin sponsorları “Microsoft”, “BlackRock”, “General Motors”, “American Airlines”, “Boston Consulting Group”, “Bank of America” və “ArcelorMittal” şirkətləri olub.

Multimilyarder bəyan edib ki, əgər bəşəriyyət fəlakətdən yan keçmək istəyirsə, bunun üçün yeni sənaye inqilabı gerçəkləşdirməlidir.

Ekspertlərin hesablamalarına görə, yaşıl texnologiyalara keçidi nəzərdə tutan inqilab 50 trilyon dollara başa gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu gün üçün məzənnəsi

Sonrakı məqalə

“Azərxalça”nın həbsdə olan sədri 30 milyon manatı mənimsəyib –