Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İnzibati icraatın başlanılması üçün ərizə necə yazılmalıdır?

User 15 Aprel 2022 - 11:12 (Last updated: 21 May 2025 - 20:15)
Bələdiyyələr

Bələdiyyələr

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1.1. maddəsinə əsasən fiziki şəxslər inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunması hallarında İnzibati icraatın başlanılması ilə bağlı ərizə göndərmək hüququna malikdirlər.

Ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən, poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilə bilər. Ərizələr qanunda nəzərdə tutulmuş qaydada – yazılı formada təqdim olunur.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

– ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;

– ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;

– ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;

– tələbin qısa məzmunu;

– ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

– ərizə hüquqi şəxsin adından verildikdə hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;

– ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

– Təqdim olunması qanunla nəzərdə tutulmuş ərizəyə qoşma kimi əlavə olunur.

Ərizə qanunun tələblərinə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir. İnzibati orqan daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur.

Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.

Post navigation

Previous: “Maaşları ödəmək üçün ayda 7 milyard dollar lazımdır” –
Next: Prezident Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Gəncədə qətl hadisəsi olub. APA-nın məlumatına görə, hadisə şəhərin H. Z. Tağıyev küçəsində qeydə alınıb. Belə ki,...
Read more about Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.