“Maaşları ödəmək üçün ayda 7 milyard dollar lazımdır” –ZELENSKİ

Kiyevə sosial müavinət və maaşları ödəmək üçün ayda 7 milyard dollar lazımdır.

Azpost.info xəbər verir ki, Ukrayna prezident Vladimir Zelenski bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyenə bildirib. “Bloomberg”in məlumatına görə, bu məqam Avropa İttifaqından (Aİ) Ukraynaya təcili maliyyə yardımının müzakirəsi zamanı vurğulanıb.

Zelenski fon der Leyenə Ukraynanın Aİ ilə quru sərhədindən taxıl ixracı ilə bağlı yaşadığı problemlərdən də danışıb. Buna cavab olaraq Komissiya rəhbəri söz verib ki, Brüssel bu məsələdə Ukraynaya kömək etmək üçün sürətləndirilmiş sərhəd keçidi prosedurlarını tətbiq edəcək.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclisin iclası başlanıb

Sonrakı məqalə

İnzibati icraatın başlanılması üçün ərizə necə yazılmalıdır?