Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“iPhone 17” ilə bağlı yeni iddia: Fərqli materiallar, eyni rəng tonu

Orkhan Ali 20 Aprel 2025 - 15:00 (Last updated: 21 May 2025 - 20:15)
iPhone

iPhone

“iPhone 17 Pro” modeli ilə bağlı yayılan sızıntılar cihazın arxa panelində iki fərqli materialın istifadə oluna biləcəyini göstərir. Metal və şüşə birləşməsindən ibarət bu yeni dizaynın, simsiz enerji doldurma funksiyasını qorumaqla yanaşı, vizual baxımdan necə görünəcəyi maraq doğurur.
Qayanrinfo xəbər verir ki, “Apple”ın “iPhone 17” seriyasını rəsmi olaraq təqdim etməsinə hələ təxminən beş ay qalmasına baxmayaraq, yeni nəsil modellərlə bağlı bir çox məlumat artıq üzə çıxıb.
Bu il də dörd fərqli “iPhone 17” modelinin təqdim ediləcəyi gözlənilir. Son iki ildə mövcud olan “Plus” modelinin isə bu dəfə ultra nazik “iPhone 17 Air” ilə əvəzlənəcəyi bildirilir. Məlum olan iddialara və görüntülərə əsasən, “Air” modelinin arxa hissəsində üfüqi yerləşdirilmiş tək linzalı kamera çubuğu yer alacaq.
Kamera çıxıntısının böyüdülməsi, “Face ID” modulunun ön tərəfdə saxlanılması ilə bağlı ola bilər. Bu modulların qalınlığı, cihazın arxa hissəsində əlavə çıxıntıların yaranmasına səbəb ola bilər. Bütün modellərində belə bir kamera çıxıntısının mövcud olacağı ehtimal edilir.
Fərqli materiallar, eyni rəng
Sızıntılar “iPhone 17 Pro” modellərinin arxa hissəsində iki fərqli materialdan istifadə oluna biləcəyini göstərir. İddialara görə:
* Kamera çıxıntısı alüminium materialdan hazırlanacaq;
* Aşağı hissə isə simsiz doldurmanı dəstəkləyən şüşədən ibarət olacaq.
Bu iki materialın birləşməsi cihazın dizaynında nəzərəçarpacaq bir fərqlilik yaratmaya bilər. Ortaya çıxan bəzi görüntülər isə bu dizaynın tək rəngli görünüşünü necə qoruyacağını göstərir.
“Bloomberg” müxbiri Mark Qurman da “Apple”ın bu modelinin arxa hissəsində vahid rəng tonunu qoruyacaq dizayn üzərində çalışdığını bildirir. Yayılan sızıntı və görüntülər bu məlumatı təsdiqləyir və fərqli materiallardan istifadə olunmasına baxmayaraq, ümumi dizaynın bütövlüyünün qorunacağını göstərir.
Təbii ki, istifadəçilərin əksəriyyəti cihazlarını qoruyucu örtüklərlə istifadə etdiyindən, bu dizaynın gündəlik istifadədə nə qədər nəzərə çarpacağı hələ də mübahisə mövzusudur.
“Apple”ın “iPhone 17” seriyası ilə bağlı detalları getdikcə dəqiqləşir və rəsmi təqdimata yaxın daha çox məlumatın ortaya çıxacağı gözlənilir.

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Bakıda güclü yanğın –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.