Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“İqtisadiyyatı, təhsili və əmək bazarını birlikdə inkişaf etdirməliyik”-

User 21 May 2022 - 14:58 (Last updated: 21 May 2025 - 20:15)
mustafa

Güclü iqtisadiyyat və təhsil sistemi olmadan əmək bazarında məşğulluğun təmin edilməsi üçün çətinlik yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Azərbaycan İstehsalçılar Festivalı 2022” satış-sərgi yarmarkasında çıxışı zamanı deyib.

Məşğulluğun üç komponenti var, bunlar iqtisadiyyat, təhsil və əmək bazarıdır. Bu baxımdan biz bu üç komponenti birlikdə inkişaf etdirməliyik. Bu məqsədlə peşə festivallarının, tədbirlərin keçirilməsi önəmlidir”, – Dövlət Məşğulluq Agentliyinin rəhbəri hesab edir.

M.Abbasbəyli deyib ki, dünyada bir neçə iqtisadi model var: “Bunlardan biri, iqtisadiyyatın böyük sahibkarlar üzərində qurulması modelidir. Çox az ölkələrdə bu kimi modelə təsadüf edilir. Cənubi Koreya kimi ölkənin iqtisadiyyatı bir neçə böyük şirkətlərin üzərində qurulub. Amma böyük əksəriyyət ölkələrin iqtisadiyyatı daha çox kiçik və orta sahibkarlığın üzərində qurulub. Çünki bu daha dayanıqlıdır, daha əmək tutumludur, həmçinin məşğulluq baxımından kiçik və orta sahibkarlığın inkişafı olduqca önəmlidir. Bu baxımdan “Azərbaycan İstehsalçılar Festivalı 2022” satış-sərgi yarmarkasının təşkili inklüzivliyin təmin edilməsi baxımından çox önəmlidir. Biz bu kimi tədbirlərin sayını artırmalıyıq”.

Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə sıx əməkdaşlıq edir: “Biz bu ay Şamaxıda sosial müəssisə yaratdıq. Sosial müəssisənin məqsədi şəhid anaların məşğulluğunun təmin edilməsidir. Sosial sahibkarlığın inkişafı olduqca önəmlidir. Bununla yanaşı, kənd turizmin inkişafı ilə bağlı böyük bir layihə həyata keçiririk. Belə layihələrin sayı onlarladır. Məqsəd kiçik və orta biznesin inkişafı və nəticədə məşğulluğun təmin edilməsidir. Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğa təsir edir, məşğulluq sahəsində göstərilən xidmətlərin xüsusisilə peşə hazırlığının gücləndirilməsi, peşə vərdişlərinin gənclərə aşılanması kiçik və orta sahibkarlığın inkişafına təsir edir.

Bu istiqamətdə mayın 15-dən başlayaraq ölkə ərazisinin 10 şəhərində peşə festivalını həyata keçiririk. Bu festival Şamaxıda, Lənkəranda, Sumqayıtda keçirilib, bu gün Şirvan şəhərində keçirilir. Birinci gün isə Bakıda geniş tədbir həyata keçiriləcək. Məqsədimiz gənclərin 10 ən prioritet peşə üzrə öz vərdişlərini müəyyən etməsinə dəstək göstərməkdir. Festivala dəvət etdiyimiz ekspertlər vasitəsilə gənclər peşələrə uyğunluqlarını müəyyən edə bilərlər. Çünki peşələrin seçilməsi gələcək əmək bazarında məşğulluğun təmin edilməsi baxımından olduqca önəmlidir”.

Post navigation

Previous: “Baydenin məktubu Azərbaycanın uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir” –
Next: Ukrayna müharibənin daha qanlı mərhələsinə daxil olur-

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Təsəvvür edin ki, nəhəng bir kosmik gəmidəsiniz. Qarşınızda sonsuz görünən kosmos, arxanızda Yer kürəsi, qarşınızda isə yalnız...
Read more about Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib a01
  • QHT

Məişət zorakılığı və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

User 03 Noyabr 2026 - 10:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.