“İrəvan sülh sazişi ilə bağlı prosesi bir aya tam başa çatdırmağa hazırdır”- MİRZOYAN

Ermənistanın
Ermənistanın

Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olan tərəfdaşların dəstəyinə arxalanacaq.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallinndə estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirdiyi brifinqdə deyib.

“Ermənistan və Azərbaycan sülh sazişi layihəsini demək olar ki, razılaşdırıblar və İrəvan bir ay ərzində bu işi tam başa çatdırmağa hazırdır. İrəvan sülh gündəminə sadiqdir və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında Azərbaycanla münasibətləri normallaşdırmağa və 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlət sərhədinin yaradılması prosesini davam etdirməyə hazırdır”, – Mirzoyan bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.