Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumata malik deyil.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Onun sözlərinə görə, belə bir görüş planlaşdırılmır.
Qeyd edək ki, TASS diplomatik mənbəyə istinadən Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti İrəvana səfər edəcəyini yazıb. Mənbə bildirib ki, Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq.