“Bakı ilə İrəvan arasında Brüssel, Moskva və ya Vaşinqtonda aparılan danışıqlar bir-birini tamamlayır”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qriqoryan qeyd edib ki, danışıqların gündəliyi, görüşlərdə müzakirə olunan məsələlər demək olar ki, eynidir.
Eyni zamanda o əlavə edib ki, ABŞ-ın regiona cəlb olunması sabitliyin təmin olunmasına kömək edir: “İrəvan Vaşinqtonun prosesdə iştirakını vacib hesab edir, çünki danışıqların irəliləməsi üçün böyük səy göstərirlər”.
Azpost.info