Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“İrəvan Cümə məscidinin fars məscidi kimi təqdim olunması saxtakarlıqdır” –

User 22 May 2025 - 17:22 (Last updated: 22 May 2025 - 17:09)
seyxulislam

“İrəvanın azərbaycanlılar tərəfindən tikilmiş Cümə məscidinin İran iş adamlarının ziyarəti üçün təmir edilib, fars məscidi kimi təqdim olunması erməni saxtakarlığının və vandalizminin bariz nümunəsidir“.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurasının İrəvan Qazısının fəaliyyətinin bərpası ilə bağlı keçirilən iclasında deyib.

Şeyxülislam bildirib ki, məscid, ibadətgah binalarına həqarət edərək mənşəyinə uyğun olmayan məqsədlər üçün istifadə etmiş ermənilər bu gün də İrəvanın Təpəbaşı məhəlləsindəki məscidimizin binasında bilərəkdən alkoqol satışı həyata keçirirlər:

“Halbuki biz münaqişə davam etdiyi illərdə belə paytaxtımızın ən mərkəzi hissəsində erməni kilsəsinin binasını təmir edərək tarixi-mənəvi abidə kimi qoruyub saxlamış, kitabxanasını mühafizə etmişik. Qarabağda uydurma, dırnaqarası “erməni tarixi-mədəni irsini məhv etməkdə” bizi günahlandıran erməni dairələri Azərbaycanın dini-mənəvi irsinə qarşı həyata keçirdikləri vandalizm aktlarını, barbarlıq əməllərini unudurlar.

Bu həqiqətlərin beynəlxalq müstəvidə işıqlandırılması istiqamətində son illər olduqca mühüm addımlar atılır. Monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda Birinci vitse-prezidenti Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xəttilə azad Qarabağda bütün dinlərə məxsus ibadət məkanları xüsusi diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur”.

AzPost.az

Post navigation

Previous: Cəlilabadda son üç ildə nə dəyişib?
Next: “Şərurlu İsfəndiyar” məhkəmədə ifadə verib

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov koronavirusa yoluxub. bu barədə Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı...
Read more about Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.