Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqi İran hərbçilərinin Hörmüz boğazı ərazisinin tam blokadasına başlaması ilə nəticələnə bilər.
Bunu İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezayi bildirib.
“Son günlər Vaşinqton yeni İran raketləri ilə bağlı aydın xəbərdarlıq alıb. İqtisadi müharibəyə Fars körfəzi boyunca blokada perimetrinə qədər dənizdə təcrid zonası yaradılması ilə cavab veriləcək. Amerika gəmiləri və bazaları ilə bağlı əməliyyat strategiyası əsaslı şəkildə yenidən nəzərdən keçirilib”, – Rezayi X sosial şəbəkəsində yazıb.
Bazar ertəsi İran Xarici İşlər Nazirliyi də bildirib ki, Tehran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası və sanksiyalarla əlaqədar öz maraqlarını qorumaq üçün tədbirlər görmək hüququna malikdir.
Avqust ayında Vaşinqton “İqtisadi təcrid” əməliyyatına başlayıb. Məqsəd Tehranın maliyyə təcridini gücləndirmək və onu münaqişədə güzəştə getməyə məcbur etməkdir.
Sentyabrın əvvəlində ABŞ maliyyə naziri Skott Bessent Avropa İttifaqının İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulduğunu bildirib.