İran ABŞ səfirinə sui-qəsd hazırlayır

İran hakimiyyyəti ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd hazırlayır.

Azpost.info bildirir ki, belə bir iddia ilə Rolitico qəzeti çıxış edib. Nəşrin əldə etdiyi məlumata görə, Tehran general Qasım Süleymaninin qətlinə görə Trampdan intiqam almaq üçün yollar axtarır.

Sui-qəsd baş tutsa İran və ABŞ arasında münasibətlər çox pisləşəcək. O zaman Tramp Tehrana cavab zərbəsi endirib-endirməmək sualı qarşısında qalacaq.

ABŞ rəsmiləri səfirə qarşı bu təhlükədən yaz aylarında xəbər tutublar. Amma son həftələrdə bu təhlükə daha hiss edilən olub. ABŞ hökümətinin nümayəndəsinin sözlərinə görə, sui-qəsdin hazırlanmasında İranın Pretoriyadakı səfiri iştirak edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bakı Metropoliteni”nin idarə rəisi vəzifəsindən azad edilib

Sonrakı məqalə

Susay–Xınalıq avtomobil yolunun tikintisinin başa çatdırılmasına 20,1 milyon manat ayrılıb