İran Aİ-nin hərbi strukturlarını terror təşkilatı kimi tanıyacaq

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqı (Aİ) ölkələrinin ordularını və digər hərbi strukturlarını terror təşkilatı kimi tanımağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bu addım SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına daxil edilməsinə cavab olaraq atılacaq.

İran parlamentinin üzvü Əhməd Naderi bildirib ki, SEPAH-ın terror təşkilatı kimi tanınmasına cavab tədbirləri haqqında qanuna dəyişiklik layihəsi hazırlanıb. Bu layihə Aİ-yə üzv dövlətlərə, eləcə də onların silahlı qüvvələrinə şamil ediləcək.

Yanvarın 19-da Avropa Parlamenti İranda repressiyalar və insan hüquqlarının pozulması fonunda Aİ rəhbərliyinin SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyə çağıran qətnaməsinni təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

“Kreml uduzmalıdır” –

Sonrakı məqalə

MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib