Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Kreml uduzmalıdır” –

User 20 Yanvar 2023 - 14:49 (Last updated: 21 May 2025 - 20:15)
zelenski silah

“Kreml uduzmalıdır, azadlıq müdafiəçilərimizin silahlara ehtiyacı var”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın Ramşteyn Hərbi Hava Bazasında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iştirakçılarına müraciətində deyib.

“Rusiya xalqları məhv etmək gücünə sahib olmaq istəyir və onlar bu barədə Moskvada açıq danışırlar. Rusiya nifrətin dünyadan güclü ola biləcəyinə hamını inandırmağa çalışır”, – Zelenski çıxışında deyib.

Ukrayna lideri onun ölkəsinə yardım edən tərəfdaşlara təşəkkür edərək indi daha çox hərbi dəstəyə ehtiyac olduğunu vurğulayıb.

“Sizlərə indiyə qədər verdiyiniz dəstək üçün yüz dəfə təşəkkür edirəm, lakin bizim daha çox silaha ehtiyacımız var. Bizim havadan müdafiə sistemlərinə ehtiyacımız var, çünki biz öz vətəndaşlarımızı Rusiyanın hava hücumlarından qorumalıyıq. Mən hamınıza indiyə qədər bizə göndərdiyiniz hərbi yardıma görə təşəkkür edirəm. Sizin göndərdiyiniz yardım bizim xalqımızı Rusiya terrorundan xilas etməyə kömək edir. Lakin vaxt ciddi məsələdir. Bizim çox az vaxtımız var. Yardım daha da sürətlənməlidir. Biz daha tez hərəkət etməliyik. Rusiya ümumbəşəri dəyərləri məhv etmək istəyir”, – o xəbərdarlıq edib.

Prezident Zelenski deyib ki, Ukraynanın Rusiyadan müdafiəsi üçün yüzlərlə tank lazımdır.

“Rusiyanın başladığı müharibə gecikmələrə imkan vermir. Yüzlərlə təşəkkürlər yüzlərlə tankı əvəz etmir. Zaman bizim ümumi silahımıza çevrilməlidir”, – Ukrayna prezidenti əlavə edib.

O, iclas nümayəndələrini “nifrətin hökm sürəcəyi” dünya nizamına imkan verməməyə və Ukraynanın Rusiyadan müdafiəsinə kömək etmək üçün səylərini artırmağa çağırıb.
“Bizə lazım olan artilleriyaya, silah-sursatlara zəmanət vermək sizin səlahiyyətinizdədir”.

Post navigation

Previous: 20 Yanvar şəhidlərini təhqir edən qadın saxlanılıb
Next: İran Aİ-nin hərbi strukturlarını terror təşkilatı kimi tanıyacaq

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.