İran Albaniyaya kiberhücumlarda iştirakını inkar edir- Açıqlama

“İran hökuməti Albaniyaya qarşı kiberhücumlarda iştirak etmir və bununla bağlı iddialar əsassızdır”.

Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

“Öz kritik infrastrukturlarına kiberhücumlara məruz qalan ölkələrdən biri kimi İran İslam Respublikası kiberməkandan digər ölkələrin infrastrukturuna hücum vasitəsi kimi istifadə edilməsinə qarşıdır və onu pisləyir”, – Kənani bildirib.

Qeyd edək ki, Albaniya hökuməti İranı bütün ölkə ərazisində dövlət xidmətləri portalına kiberhücum cəhdində ittiham edib və İslam Respublikası ilə diplomatik münasibətləri dayandırdığını bəyan edib. İran səfirliyinin bütün diplomatik və texniki-inzibati heyətindən 24 saat ərzində Albaniya ərazisini tərk etmək tələb olunub.

Azpost.info

Əvvəlki məqalə

Premyer Liqa oyunları Kraliça II Elizabetin ölümü ilə əlaqədar təxirə salınıb

Sonrakı məqalə

Cəlilabad Dövlət Arxivinin müdiri rüşvət alarkən tutulub