Premyer Liqa oyunları Kraliça II Elizabetin ölümü ilə əlaqədar təxirə salınıb

Böyük Britaniyada bu həftə keçiriləcək Premyer Liqa oyunları Kraliça II Elizabetin ölümü ilə əlaqədar təxirə salınıb.

Liqanın açıqlamasında bazar ertəsi keçiriləcək matçın da ləğv edildiyi qeyd olunub.

Yas prosesi ilə bağlı yeni açıqlama veriləcəyi də açıqlanıb.

Həmçinin Netflix-in Britaniya kral ailəsi ilə bağlı “The Crown” serialının çəkilişləri Kraliçaya hörmət əlaməti olaraq dayandırılacaq.

Serialın altıncı mövsümü Kraliça II Elizabetin 2000-ci illərin əvvəllərinə qədər yaşadıqlarından bəhs edir.

Əvvəlki məqalə

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

Sonrakı məqalə

İran Albaniyaya kiberhücumlarda iştirakını inkar edir