Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir

User 26 Sentyabr 2026 - 17:53 (Last updated: 26 Sentyabr 2026 - 17:53)
İAMTŞ

İranın son hava məhdudiyyətlərinə cavab olaraq hərbi qarşılıq verəcəyi barədə iddia təkzib edilir.

Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyi açıqlama yayıb.

Açıqlamada İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin hava nəqliyyatı ilə bağlı çıxışının həqiqətə uyğun olmayan formada şərh edilməsi və sitatların yayılmasının müxtəlif sual və qeyri-müəyyənliklərə səbəb olduğu bildirilib.

Katibliyin açıqlamasında İranın son hava məhdudiyyətlərinə cavab olaraq hərbi qarşılıq verəcəyi barədə iddianın təkzib edildiyi qeyd olunub.

Bildirilib ki, İranla müvafiq ölkələr arasında yaradılmış bəzi qanunsuz hava məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində danışıqlar ciddi şəkildə davam etdirilir və məsələ diqqətdə saxlanılır.

Açıqlamada vurğulanıb ki, qarşılıq verməyin bir sıra qeyri-hərbi yolları mövcuddur və zərurət yaranacağı təqdirdə bu üsullar bəzi hava limanlarına tətbiq ediləcək.

“Ümid edirik ki, məsələ bu mərhələyə gəlib çatmayacaq”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanı son uçuş vəziyyəti ilə bağlı açıqlama yayıb. Bildirilib ki, hazırda BƏƏ, İraq və Gürcüstan reysləri də daxil olmaqla ləğv edilmiş uçuşlardan başqa, xarici ölkələr tərəfindən yeni uçuş ləğvi ilə bağlı hər hansı məlumat verilməyib.

Açıqlamada qeyd olunub ki, hazırda İrandan Türkiyə, Çin, Malayziya, Vyetnam, Əfqanıstan və Pakistana uçuşlar həyata keçirilir.

Həmçinin bildirilib ki, İran Mülki Aviasiya Təşkilatının rəsmiləri bağlanmış uçuş marşrutlarının yenidən açılması istiqamətində danışıqlar aparır.

AzPost.az

Post navigation

Previous: Tramp: İran nüvə silahına sahib ola bilməz
Next: İranın danışıqlar üçün texniki heyətinin Nyu-Yorka səfər etməsi xəbəri təkzib edilib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.