Tramp: İran nüvə silahına sahib ola bilməz

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini bildirib.

Tramp bu barədə bu gün “Truth Social” hesabında yazıb.

“İran nüvə silahına sahib ola bilməz!” – Tramp paylaşımında qeyd edib.

Bu açıqlama ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bir vaxtda səslənib.

Qeyd edək ki, Tramp BMT Baş Assambleyasındakı çıxışında da İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını ABŞ siyasətinin əsas məsələlərindən biri kimi təqdim edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.