“İran-Azərbaycan sərhədində İranla münaqişəyə girmək niyyətimiz yoxdur”-MOSSAD-ın keçmiş direktoru

“Bizim İran-Azərbaycan sərhədində İranla münaqişəyə girmək kimi niyyətimiz yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri  İsrail kəşfiyyatının – MOSSAD-ın keçmiş direktoru Efraim Halevi AzadlıqRadiosuna müsahibəsində bildirib: “Düşünmürəm ki, İranla aramızda müharibə olarsa, İsrail buna Azərbaycanın qoşulmasını istəyəcək. Biz Azərbaycanı hərbi əməliyyatlara cəlb edib, çətin vəziyyətə salmaq istəmirik”-deyə o vurğulayıb. 

MOSSAD-ın sabiq direktoru iki ölkə arasında münasibətlərdən hərbi məqsədlər üçün istifadə olunmadığını deyib: “Düşünmürəm ki, Azərbaycan ərazisi İsrailə xidmət edir. Azərbaycanla münasibətimiz var, turist səfərləri edirik, gedib-gəlirik, bizim İranı daha yaxından izləmək kimi imkanımız yaranır. Biz bundan hərbi mənada istifadə etmirik. Bizim İran-Azərbaycan sərhədində İranla münaqişəyə girmək kimi niyyətimiz yoxdur”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.