Azərbaycan lokal xarakterli antiterror tədbirlərindən sonra İranın Mülki Aviasiya Təşkilatı ölkəmizə və Ermənistana aviareysləri bərpa edib.
İSNA xəbər verir ki, Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazerlu aviareyslərin ötən gecədən bərpa olunduğunu bildirib. O əlavə edib ki, uçuşların qadağan edilməsi sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar idi.
C. Yazerlu qeyd edib ki, ötən gün ləğv olunmuş aviareyslərin sərnişlərinin hüquqları təmin olunub.