“İran Azərbaycanla problem yaranmasını istəmirsə…” –Tofiq Zülfüqarov Tehranla gərginliyi şərh etdi

“Azərbaycan İranla münasibətlərdə gərginliyin tərəfdarı deyil və Bakının atdığı addımlar cavab tədbirləridir”.

Bu barədə Azpost.info-ya Azərbaycanin keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bakı ilə Tehran arasındakı gərginliyi şərh edərkən bildirib.

Sabiq XİN rəhbərinin fikrincə, Azərbaycan bundan sonra da İranla münasibətlərində qonşuluq prinsiplərinə əməl etmək niyyətindədir. Lakin eyni zamanda Bakı mövqeyini İranın siyasətinə uyğun formada sərgiləmək məcburiyyətindədir. “Azərbaycan real şəkildə səslənən və səslənməyən təhlükələri təhlil edərkən qərar verəcək. Bu bəllidir. Amma ümumi strateji mövqe ondan ibarətdir ki, biz bundan əvvəlki siyasəti davam etdirmək niyyətindəyik. Bizim məqüsədimiz hansısa qarşıdurma, münaqişə ocağı yaratmaq, onu alovlandırmaq deyil. Azərbaycanın bunun tərəfdarı deyil”, – Tofiq Zülfüqarov vurğulayıb.

Politoloq deyib ki, istər geosiyasi, istərsə də məntiqi baxımından yanaşanda əslində İrana da Azərbaycanla gərginliyin lazım olmadığı aydın olur: “İranın dövlət sərhədlərinə nəzər yetirsək görərik ki, ən təhlükəsiz sərhədi elə Azərbaycanladır. Amma Azərbaycan təbii ki, İrana münasibətdə Tehranın Ermənistanla bağlı mövqeyini nəzərə almalıdır. Çünki 44 günlük müharibədən sonra da Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qalır. Yəni, bütün bunlar kompleks məsələdir və İran problem yaranmasını istəmirsə bununla ciddi məşğul olmalıdır. Eyni zamanda nəzərə almalıdır ki, ölkə əhalisinin 40 faizi azərbaycanlılardır və Azərbaycana yönəlik siyasət İran daxilində əlavə problemlər yarada bilər”, – deyə politoloq bildirib.

Hüseyn

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.