Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran BMT-nin qadın hüquqları komissiyasından çıxarıldı

User 15 Dekabr 2022 - 13:21 (Last updated: 21 May 2025 - 20:15)
iran aksiyalar

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) İranın bu qurumun gender bərabərliyi üzrə ali orqanından çıxarılmasına səs verib.

Səbəb Tehranın qadınların liderlik etdiyi etirazlara qəddarlıqla divan tutmasıdır. İslam respublikası BMT-nin Qadınların Statusu üzrə Komissiyadan (UNCSW) dörd illiyə (2022-26) kənarlaşdırılıb.

ECOSOC-un 26 üzvü İranın qurumdan çıxarılmasına, 8 ölkə bunun əleyhinə səs verib, 16 ölkə bitərəf qalıb. Qətnamənin qəbulu üçün sadə səs çoxluğu lazım idi.

Qətnaməyə qarşı çıxanlar, o cümlədən Rusiya və Çin qeyd ediblər ki, İran bu quruma seçilib və onun çıxarılması “təhlükəli presedent”dir. Rusiya səsvermədən öncə bildirmişdi ki, ECOSOC-un İranı çıxarmağa hüquqi statusu çatıb-çatmamasına BMT-nin hüquq ekspertlərinin mövqeyini istəyir.

BMT-nin Qadınların Statusu üzrə Komissiyası 1946-cı ildə yaradılıb, dünyada gender bərabərliyinin təbliği, qadınların səlahiyyətinin gücləndiriməsi ilə məşğuldur. Qurumun 45 üzvü dörd illiyə seçilir.

Azərbaycan hazırda bu komissiyanın üzvü deyil.

Post navigation

Previous: “Müəllim 700 manat maaşa direktor olmaq istəmirdi” –
Next: “Rusiya və Çin Qərbə “neft sürprizi” edəcək, qiymət kəskin artacaq”

Oxşar xəbərlər

fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39

xƏBƏR

vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama verib....
Read more about Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.