“İran bütün dünyaya yalan danışır”- “Mossad”ın keçmiş rəhbəri

İsrailin xarici kəşfiyyat xidməti “Mossad” İranda bu ölkənin nüvə proqramına qarşı xeyli sayda əməliyyat keçirib.

Azpost.info xəbər verir ki, “The Jerusalem Post” bunu “Mossad”ın keçmiş rəhbəri Yossi Koenə istinadən yazıb.

“İran rejimi bütün dünyaya yalan danışır. Biz bunu İran arxivlərindən  iranlıların Beynəlxalq Atom Enerjisi Agentliyinə yalan dediklərini sübut edən minlərlə sənədi əldə etdikdə sübut etdik. Mən zəmanət verə bilərəm ki, İsrail iranlıların İsrail dövlətini təhdid edəcək atom bombası yaratmasının qarşısını almaq və gecikdirmək üçün lazım olan hər şeyi edəcək”, – Koen bildirib.

Azpost.info

Əvvəlki məqalə

Putinlə Paşinyan Qarabağı müzakirə edib

Sonrakı məqalə

Azərbaycanda daha 132 nəfər COVID-19-a yoluxub