Putinlə Paşinyan Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

“Putin və Paşinyan bu gün qeyd olunan Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə bir-birlərini təbrik ediblər. Tərəflər Ermənistan və Rusiya arasında qarşılıqlı faydalı münasibətlərin müxtəlif istiqamətlərdə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər”, – məlumatda bildirilir.

Tərəflər Qarabağ məsələsi ətrafında da müzakirə aparıblar.

Azpost.info

 

 

Əvvəlki məqalə

Kinomuzun “Alen Delon”u, “Yeddi oğul”dan biri “Zalımoğlu” –

Sonrakı məqalə

“İran bütün dünyaya yalan danışır”