İran 30 ildən sonra dünyanın ən yaşlı ölkəsi olacaq.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının səhiyyə nazirinin müavini İsmayıl Əkbəri deyib.
Onun sözlərinə görə, doğumların sayının azalması səbəbindən 30 ildən sonra İran dünyanın ən yaşlı ölkəsi olacaq: “Doğum sayındakı azalma səbəbindən ölkədə yaşlanma prosesi başlayıb”.
İ.Əkbəri son 60 ildə İran əhalisinin 10 il yaşlandığını deyib: “Son 60 ildə ölkə əhalisinin yaşı orta hesabla 20,2-dən 30-a yüksəlib. İlbəil yaşlaşma sayı artır”.
İranın səhiyyə nazirinin ailə məsələləri üzrə müavini Seyid Həmid Bərəkəti bu yaxınlarda verdiyi açıqlamada ölkə üzrə evliliyin sayının son 10 ildə 40% azaldığını bildirmişdi.
Hazırda İran əhalisinin sayı 83 milyon 500 min nəfərdir.