“İran Ermənistan və Azərbaycan arasındakı danışıqlarda irəliləyişi alqışlayır”.
Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.
“O, İranın regionda sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini bildirib”, – IRNA agentliyi İran hakimiyyətinə istinadən yazıb.
“Telefon danışığı zamanı nazirlər Cənubi Qafqazda baş verənləri, ikitərəfli əməkdaşlığın gedişatını və ikitərəfli münasibətləri müzakirə ediblər. Regional və beynəlxalq məsələlər də müzakirə edilib”, – məlumatda deyilir.
İran tərəfinin məlumatına görə, Lavrov vurğulayıb ki, Rusiya İranın ərazi bütövlüyünü dəstəkləyir və bu məsələ ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.
Azpost.info