Türkiyədə 4,3 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 10.55-də meydana gələn zəlzələnin episentri Malatyanın Doğanşehir rayonudur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata əsasən, yeraltı təkanların ocağı yerin 9,69 kilometr dərinliyində yerləşib.

Hadisə ilə bağlı açıqlama verən daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hazırda AFAD başda olmaqla, bütün aidiyyəti qruplar sahə araşdırmaları aparmaq üçün bölgəyə yönəldilib.

Əvvəlki məqalə

“İran Ermənistan və Azərbaycan arasındakı danışıqlarda irəliləyişi alqışlayır”

Sonrakı məqalə

Azərbaycanlı idmançı dünya rekorduna imza atdı –