İran Ermənistana bu il 83 milyon dollar məbləğində mal ixrac edib –Avrasiya İttifaqı ilə əlaqələri artır

İranla Avrasiya İqtisadi İttifaqı arasında son 4 ayda ticarətin həcmi 1,6 milyard dolları ötüb.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu barədə İranın Gömrük administrasiyasının beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Hüseyn Kəhaki bildirib. Onun sözlərinə görə, İrandan Avrasiya İttifaqının üzv ölkələrinə 358 milyon dollar məbləğində mal ixrac edilib.

Kəhaki deyib ki, bu ötənilki analoji dövrə nəzərən 46 faiz çoxdur.

Onun sözlərinə görə, çatdırılma məntəqələri Rusiya (188 milyon 926 min dollar), Ermənistan (83 milyon 43 min dollar), Qazaxstan( 53 milyon 395 min dollar), Qırğızstan( 24 milyon 294 min dollar), Belarus (6 milyon 578 min dollar) olub.

İran öz növbəsində Avrasiya İttifaqı ölkələrindən 1 milyard 252 milyon dollar məbləğində mal idxal edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edib

Sonrakı məqalə

Zakir Həsənov sərhəddə və Qarabağda təxribatlara dərhal adekvat cavab verməyi əmr etdi