İran-İraq sərhədində insident baş verib

- Ölən və xəsarət alanlar var
18 Fevral 2020 - 15:33

İran sərhədini qanunsuz keçmək istəyən şəxslərlə sərhədçilər arasında insident baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Sərhəd Qoşunlarının Kirmanşah əyaləti üzrə  bölməsi açıqlama yayıb.

Bildirilib ki, hadisə İran-İraq sərhədində yerləşən Pavə sərhəd keçid məntəqəsində qeydə alınıb.

Belə ki, şəxsiyyəti məlum olmayan bir neçə nəfər İraqdan İran ərazisinə keçməyə cəhd göstərib. Bunu görən sərhədçilər onlara atəş açıb. Nəticədə sərhədi qanunsuz keçməyə çalışan şəxslərdən 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.